Stokda var
| Brend | Ariston |
|---|---|
| Kod | EL06IR |
Ariston kombilərində istifadə olunan yandırıcı elektrod çubuğu həm kombinin alovlanmasını təmin edir, həm də alovun olub-olmamasını müəyyən edərək bu məlumatı elektron plataya ötürür.
Bu elektrod çubuğu olmadan kombi alovu tanımadığı üçün təhlükəsizlik məqsədilə qaz axınını dayandırır və işə düşmür. Elektrod həm alışmanı təmin edən qığılcımı yaradır, həm də ionlaşma prinsipi ilə alovun davam etdiyini yoxlayır.