Stokda var
Kombilərin ən vacib hissələrindən biri platadır (ana kart).
Kombiyə qoşulan demək olar ki, bütün detallar bu kartdan əmrlər alaraq fəaliyyət göstərir. Bu səbəbdən də “ana kart” adlandırılan bu hissə kombi üçün xüsusi əhəmiyyət daşıyır.
Kombi qazanlarında bu kartın sıradan çıxmasına səbəb ola biləcək bir neçə amil mövcuddur. Onlardan biri elektrik şəbəkəsindən kombiyə gələn sabit olmayan gərginlikdir.
Şəbəkədən qeyri-sabit şəkildə gələn çox yüksək və ya çox aşağı gərginlik kombinin əsas platasını (ana kartını) zədələyə və nasazlığa səbəb ola bilər. Eyni zamanda qazanın digər hissələrinin zədələnməsi də əsas kartın zərər görməsinə səbəb ola bilər.
Bundan əlavə, kombinin uzun illər istifadə olunması və köhnəlməsi də ana kartın sıradan çıxmasına gətirib çıxara bilər.