Stokda var
| Brend | Maktek |
|---|---|
| Növü | Elektrik |
| Qızdırıcı | 2 |
| İsitmə sahəsi (kv.m.) | 240 |
| Gücü (kW) | 24 |
MAKTEK OMEGA — 24 kW Elektrik Kombisi
Texniki göstəricilər:
İsitmə gücü (isti su): minimum 30°C – maksimum 55°C
Radiator dövriyyə isitiliyi: minimum 30°C – maksimum 80°C
İsti su təzyiqi: 8 bar
İsitmə dövriyyəsi təzyiqi: 3 bar
Ölçülər (H x E x D): 740 mm x 435 mm x 320 mm
Elektrik bağlantısı: 3 faza, 4x6 mm² kabel
Gərginlik: 380 V / 50 Hz
Maksimal cərəyan: 27 A
Maksimal güc istehlakı: 18 098 W
Faza: 3 fazalı
Əlavə xüsusiyyətlər:
Maktek elektrik kombiləri minimal ölçülərə malik olub, estetik görünüşə sahibdir.
99% səmərəliliklə işləyir.
Sabit temperaturda işləyərək istifadəçinin təyin etdiyi dərəcədə isti su təmin edir.
İstilik sistemi sürətli rejimə keçir və evi effektiv şəkildə qızdırır.
3 barlıq təhlükəsizlik klapanı sayəsində yüksək təzyiqə qarşı mühafizə təmin olunur.
Döşəmə istilik sistemləri üçün xüsusi iş rejimi mövcuddur.
Sirkulyasiya pompası və istilik kamerası avtomatik və mexaniki hava jalüzləri ilə təhlükəsiz işləmə təmin edir.
Manometr, Wilo markalı dövriyyə nasosu, 1 barlıq tənzimlənən təhlükəsizlik açarı (susuz qalma halında), sızma releləri ilə təchiz olunub.
Otaq temperaturuna uyğun modulyasiya sistemi mövcuddur (otaq termostatı vasitəsilə işləyir).
Simsiz otaq termostatı ilə gecə-gündüz üçün saat proqramı qurmaq mümkündür.
İstəyə uyğun olaraq Wi-Fi ilə çalışan otaq termostatlarına qoşulmaq imkanı vardır.
Həssas NTC sensor sistemi ilə suyun temperaturu elektron şəkildə idarə olunur.
Elektron termostat funksiyası sayəsində temperatur dəqiqliklə tənzimlənir.
Termostatda həddindən artıq istiləşməyə qarşı qoruyucu funksiya mövcuddur.
Pompanın tutulmasının qarşısını almaq üçün hər 24 saatdan bir avtomatik işə düşmə funksiyası var.
İlkin işə salma zamanı nasazlıqlar və santexnika problemləri yoxlanıla bilər.
Rəqəmsal cihaz və ekran idarəetmə paneli ilə təchiz olunub.
Kombi işləyərkən səssizlik səviyyəsi 32 dB təşkil edir — bu səviyyə orta kitabxanadakı (təqribən 36 dB) səs səviyyəsindən belə aşağıdır.
3 fazalı elektrik sistemi ilə istehsal edilmişdir.
İstifadə zamanı kombiyə stabilizator və ampermetr qoşulması tövsiyə olunur.